Mətbuatımızda özünəməxsus dəst-xətti olan, qələminə böyük hörmət bəslədiyim Sevda xanım Əlibəylinin Xəbər24.media saytında yaylmlanmış "Mugamlı toy axşamının unudulmaz xatirələri" yazısını oxuyanda cox kövrəldim. Nə qədər çalışsam da göz yaşlarımı saxlaya bilmədim. Cunki yazı cox kövrək və təsirli idi. Ömrünün ən dəyərli, həzin, şirin və mənalı anlarını yaşayan günü-25 avqust 1999 - cu ili Sevda xanim ürək ağrısı ilə xatırlayır.
Həmin gün Sevda xanımın sevincinə sevinc qatılmışdı. Əziz-giram qardaşı Yusifin toyuna dünya şöhrətli xanəndəmiz Canəli Əkbərov onun xahişini yerinə yetirərək təşrif gətirmişdi. Canəli müəllimin atasi Xanəli Əkbərov da dövrünün peşəkar muğam ifaçılarından idi. Canəli müəllimin ilk muğam müəllimi də məhz atası olmuşdur. Doğulduğu Tükəvilə kəndi ilə yanaşı qonşu Separadi, Şağlaser, Cil, Xarxatan, Vilvan və digər kəndlərin sakinləri də muğama cox bağlı olublar. Həmən kəndlərdə muğam oxumaq ən çətin sınaqlardan keçmək demək idi. Canəli Əkbərov isə öz şirin və məlahətli avazıyla ifa etdiyi muğamları ilə həmin kəndlərin sakinləri tərəfindən sevilirdi. Zaman keçdikcə Canəli müəllim dunyaya səs salan bir muğam ustası kimi tanındı. Laiqincə dəyərləndirildi. Öz növbəsində o da xalqın etimadını doğruldaraq muğam sənətinə geniş töhfələr verdi.
Son zamanlarda Canəli müəllim hər toya gedə bilmirdi. Cunki sənəti ilə bağlı vaxtı məhdud idi. Toylara isə nadir hallarda gedirdi. Lakin Sevda xanımı bir peşəkar jürnalist kimi yaxından tanıdığı ücün özünə və sənətinə sayğılı olması səbəbindən Canəli müəllim toyun dəvətini qəbul etmişdi. Bəli, toya gələnlərin özünə qarşı olan dərin sevgisini görən ustad xanəndəmiz ruhlanaraq öz şirin və məlahətli avazıyla ilə ifa etdiyi muğamlarla 25 avqust 1999-cu il tarixini yaddaşlara yazdı.
Hazırki durumda Sevda xanım ücün həmin tarixi xatırlatmaq çox çətin və ürək ağrıdıcıdır.
Həmin toyun bəyi olan Yusif 13 il bundan öncə və həmin toyun xanəndəsi Canəli Əkbərov isə 21 oktyabr 2021 - ci il tarixində dünyasını dəyişib haqqa qovuşublar. Ruhları şad, qəbirləri nurla dolsun!
Sevda Əlibəyli şübhəsiz ki, mətbuat aləmində yetərincə tanınıb. Həyatin ən cətin sinaqlarina çəkilsə də, həmişə mənəvi və əxlaqi dəyərlərə önəm verib. Azərbaycan ziyalısına və xanımına xas olan bütün insanı keyfiyyətləri özündə cəmləşdirdiyi üçün cəmiyyətimiz tərəfindən daim sevilmiş və laiqincə dəyərləndirilmişdir. Bu gün peşəkar qələm sahibi, sədaqətli dost, qayğıkeş və mehriban ana olan Sevda Əlibəyli bir cox insanların qəlbini fəth edib. Redaktoru olduğu "Söz" jurnalı təkcə bölgəmizin deyil, ölkəmizin ziyalıları tərəfindən sevilə-sevilən oxunur. Bu da danılmazdır ki, Sevda xanim həmişə dünyasını dəyişən xalqımızın layiqli övladlarının keçdikləri şərəfli həyat yolunu bizə xatırladır, onlari.unutmağa qoymur.
Son sözüm odur ki, Sevda Əlibəylinin tutduğu yol bir çox jurnalistlərə örnək olmalıdır. Gəlin, tarixə imza atan və dünyasını dəyişən ziyalılarımızı unutmayaq. Onları təbliğ edək, cəmiyyətə tanıdaq. Axi, bu insanların hər birinin şərəfli həyat yolu mənəvi əxlaqi dəyərlərdən keçib.
Zahid Həbiboğlu (Səmədov),
AJB-nin üzvü