18:02

Voleybol üzrə Lənkəran rayon açıq turnirinə yekun vurulub

Avqustun 16-da Lənkəran Olimpiya İdman Kompleksində voleybol üzrə Lənkəran rayon açıq turnirinin final mərhələsi keçirilib. Xəbər24.medianın məlumatına görə, turnir Azərbaycan Voleybol Federasiyası ilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. İdman yarışının qaliblərinin mükafatlandırılması mərasimində federasiyanın prezidenti Şahin Bağırov və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov iştirak ediblər.

Çıxışlarında Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanındığını vurğulayan hər iki natiq dövlətimiz tərəfindən idmançılarımıza göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Bildirilib ki, ölkədə idmanın inkişafıminlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi onlarınəsl vətənpərvər kimi formalaşması işinə müsbət təsirini göstərib. Qeyd edilib ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsində mümkün olub.

Tədbirin sonunda qızlar və oğlanlardan ibarət ümumilikdə 12 komandanın yarışdığı turnirdə qaliblər mükafatlandırlıblar.