Azərbaycanlı jurnalist İradə Zeynalova bu gün yeni vəzifəyə təyinat alıb. Xəbər24.media Rusiya KİV-lərinə istinadən bildirir ki, o, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bu ölkənin Mavriki Respublikasında səfiri təyin olunub. Televiziyadakı işindən ayrılacağını söyləyən İradə Zeynalova bildirib ki, bazar günü NTV-də yayımlanan “Həftənin yekunları” verilişinin sonuncu buraxılışı yayımlanacaq. Gələn həftədən etibarən o, Rusiyanın Mavrikidəki səfirliyinin işləri ilə məşğul olmağa başlayacaq. Teleaparıcı üç ilə yaxındır ki, bu vəzifəyə hazırlaşıdığını qeyd edib.