Sentyabrın 13-də Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan Lənkəran rayonuna səfər edib. Səfər çərçivəsində xarici diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.
Xəbər24.medianın məlumatına görə, Taleh Qaraşov Hindistan səfirinə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib, xarici diplomatla rayonun Hindistanla qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb.
Səmimi qəbula və xoş söhbətə görə icra başçısına təşəkkür edən hindistanlı diplomat ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı baxımından böyük potensialın olduğunu vurğulayıb. Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etdiyini, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu, habelə Lənkəranın böyük turizm imkanlarının olduğunu bildirib. Səfir Lənkəranda “Yoqa festivalı”nın keçirilməsi və eləcə də Hindistan rəqslərinin lənkəranlılara canlı nümayiş etdirilməsi ilə bağlı niyyətlərini ifadə edib.
Qeyd edək ki, hindistanlı diplomat səfər çərçivəsində Lənkəran Tarix Diyarşünaslıq Muzeyini, Laran MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsini, İstisu qəsəbəsindəki “Yaşıl çay” plantasiyasını və fabrikini, habelə Kiçik Bazar məscidini ziyarət edəcək.
Görüşdə Hindistan səfirinə xatirə hədiyyəsi təqdim olunub.