18:19

Şəhid Xəyal Əhədzadənin anım mərasimi keçirilib

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov sentyabrın 13-də Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Xəyal Əlövsət oğlu Əhədzadənin anım mərasimində iştirak edib.

Xəbər24.medianın məlumatına görə, mərasimdə İcra başçısı ilə birlikdə icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbər heyəti və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə şəhidin qməzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar edilib.

İcra başçısı şəhidin atası ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhidin atası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü çatdırıb.