Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, hadisə sentyabrın 7-də saat 02.00 radələrində rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Belə ki, Ali Mamedovun idarə etdiyi "VAZ- 21074" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.