19:58

Masallıda evdə yanğın olub

Masallıda yanğın hadisəsi baş verib. Xəbər24.medianın məlumatına görə, hadisə bu gün saat 18.00 radələrində şəhərin Anar Novruzov küçəsində qeydə alınıb. 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğının lokallaşdırılmasına FHN-nin Masallı Yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.

Ümumi sahəsi 216 kv olan evin mansar(çardaq) hissəsindən başlayan yanğın əsasən 2-ci mərtəbəni əhatə edib. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğın söndürülüb. Yanğınsöndürmə briqadasının səyləri nəticəsində güclü alov dalğasınınevin digər ərazilərinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.