17:11

Utilizasiya zavodunun tikintisi ilə bağlı çexiyalı investorlar Lənkəranda olublar

Avqustun 22-də məişət tullantılarının idarə olunması məsələləri ilə bağlı ölkəmizdə səfərdə olan çexiyalı investorlar Jan Strunc, Soukup Dusan, Vaclav Vasicek və Marek Veleba Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının birinci müavini Mikayıl Cəfərzadə ilə görüşüblər.

Xəbər24.medianən məlumatına görə, görüşdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq yüksək keyfiyyətli ekoloji mühitin yaradılmasından ötrü tullantıların səmərəli idarə olunmasının önəminə diqqət çəkilib.
Xarici investorlar sözügedən məsələ ilə bağlı ötən il 2 dəfə şəhər İcra hakimiyyəti başçısı ilə görüşdüklərini və daha sonra mərkəzi icra hakimiyyəti orqanları ilə müvafiq müzakirələr apardıqlarını bildiriblər.

Təqdim olunan layihə təklifi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma parametrləri və layihənin icrası üçün tələb olunan digər müvafiq məlumatlar təqdim edilib və hazırda layihənin təsdiqi və icrası ilə bağlı son tamamlanma işləri aparılır.