10:57

Nefçalada indiyədək 9890,8 hektarda yazlıq əkin aparılıb

Nefçala rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçib Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.

Nefçara Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, 01 may 2024-cü il tarixinə rayonun təsərrüfatlarında 9890,8 hektar sahədə yazlıq bitkilər əkini aparılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5611,7 hektar çoxdur.

Bunun 1351 hektar sahəsini təzə yonca (payızlıq və yazlıq), 167,8 hektarını kartof, 142,4 hektar sahəni tərəvəz, 66,6 hektarını bostan, 7303 hektar sahəsini pambıq, 772 hektarını vələmir, 38 hektarını qarğıdalı, 10 hektar sahəsini soya, 40 hektarını günəbaxan bitkiləri təşkil edir.

Rayonda yazlıq əkinlər davam edir.