17:12

Lənkəranda 2024-cü ilin ilk doğulan uşağı oğlandır

Lənkəranda 2024-cü ilin ilk doğulan uşağı oğlandır. Bu barədə məlumat Xəbər24.mediaya TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Perinatal Mərkəzindən verilib.

Bildirilib ki, Lənkəranın İstisu qəsəbə sakini, 24 yaşlı Sevinc Məmizadə yanvarın 1-də saat 01:25 radələrində təbii doğuşla boyu 52 sm, çəkisi 4 kq olan oğlan uşağı dünyaya gətirib.

Bu, gənc ananın ikinci oğlan övladıdır.

Doğuş mama-ginekoloq Təranə Aslanova tərəfindən həyata keçirilib.

Hazırda ana və yeni doğulan köpənin vəziyyəti stabildir.