Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçiyə rəsmi səfər edəcək və burada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə TASS Türkiyə diplomatik mənbəsinə istinadən məlumat yayıb.
“Prezidentlərin görüşü Rusiyada planlaşdırılır. Mümkün tarix sentyabrın 4-ü Soçidə olacaq”, - agentliyin həmsöhbəti bildirib.
Bir müddət əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti yazıb ki, Putinlə Ərdoğanın görüşündə əsas mövzu taxıl sövdələşməsi və onun bərpası olacaq. Nəşrin mənbələrinin qeyd etdiyi kimi, Türkiyə tərəfi Rusiyanın iştirakı olmadan Ukrayna taxılının tədarükünün həyata keçirilməsini “qeyri-sağlam” hesab edir.