İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari şənbə günü, oktyabrın 28-də İsrail ordusunun humanitar yardım yük maşınlarının Qəzza zolağının cənubuna daxil olmasına icazə verəcəyini bildirib.
Xəbər24.medianın kp.ru saytına istinadən verdiyi məlumata görə, D.Hagari zolağın cənubuna köçən Qəzzanın mülki əhalisinə humanitar yardımın artırıldığını, hazırda su, yanacaq və ərzaq məhsulları daşıyan on yük maşınında yoxlamaların aparıldığını qeyd edib.
Xatırladaq ki, ötən həftə humanitar yardım daşıyan ikinci yük maşınları karvanı Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən Qəzza zolağına keçməyə başlayıb.
Məlumat üçün bildirək ki, Fələstinin HƏMAS hərəkatının hücumuna cavab olaraq İsrail Qəzza zolağının tam mühasirəyə alınmasını, su, elektrik və ərzaq təchizatını kəsib və bir müddət anklava humanitar yardımın daşınmasını qadağan edib.