20:43

Hizbullahın rəhbəri İsraillə mümkün genişmiqyaslı müharibə elan edib

Hizbullah rəhbəri Həsən Nəsrullah hərəkatla İsrail arasında genişmiqyaslı müharibə ehtimalının real olduğunu bildirib.

Xəbər24.medianın məlumatına görə, o, bunu Livan televiziya kanalları tərəfindən yayımlanan müraciəti zamanı deyib.

“Bu cəbhənin daha da eskalasiyaya və ya genişmiqyaslı müharibəyə keçməsi ehtimalı ilə bağlı narahatlıq var. Bu ehtimal realdır, ola bilər. İsrail bütün bunları nəzərə almalıdır”, - RİA Novosti Hizbullah rəhbərinin sözlərini sitat gətirir.

Bundan əvvəl Nəsrullah təşkilatın oktyabrın 8-də İsrailə qarşı hərbi əməliyyatlara qoşulduğunu bildirmişdi.