Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağından geri çəkilib. Xəbər24.media bildirir ki, bu barədə “Al Arabiya” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Qabaş telekanala açıqlamasında ÜST və UNRWA-nın anklavda xidmətlərini dayandırdığını bildirib:“BMT agentlikləri İsrailə tabe olub və Qəzza zolağından çıxıblar".
Əl-Qabaş İsrailin Qəzzaya hücumları nəticəsində mülki itkilərin sayının 12 min nəfərə yüksəldiyini də iddia edir. 30 minə yaxın yaralı var.
KP.RU-nun yazdığı kimi, bir gün əvvəl Qəzza Səhiyyə Nazirliyi UNRWA və Qırmızı Xaç təşkilatını anklavın fələstinli sakinlərinin qətliamında şərik kimi tanıyıb. Nazirliyin iddiasına görə, bu qurumlar BMT-dən deyil, İsrailin baş naziri Binyamin Netanyahudan sifariş alıb.