21:13

22 yaşında tarix yazır-YENİLƏNİB

Mançester Siti» ilə ilk mövsümündə rekordlar qıran norveçli futbolçu Erlinq Haaland Premyer Liqa tarixinə keçməyi bacarıb

Xəbər24.media Lent.az-a istinadan bildirir ki, «Vest Hem”lə qarşılaşdıqları 34-cü turun oyunun 70-ci dəqiqəsində (3:0) qol vuran Haaland yeni rekorda imza atıb. Haaland 35 qolla Premyer Liqada bir mövsümün bombardiri olub. Norveçli futbolçu hərəyə 34 qolu olan Alan Şirer və Endi Kolu keçib.

Bütün yarışlardakı qolların ümumi sayını 51-ə çatdıran Haaland Vic Vatson («Vest Hem», 1929-1930 mövsümü) və Tom Varingi («Aston Villa», 1930-1931 mövsümü) ötərək tarixdə ikinci bombardir olub.

Daha 13 qola ehtiyacı var

Haaland son həftələrdə bütün yarışlarda daha 13 qol vursa, İngiltərə tarixinə düşəcək. 1927-1928 mövsümündə «Everton"da çıxış edən Diksi Din bütün yarışlarda 63 qol vuraraq mövsümü başa vurub.

Təkbaşına «Çelsi”ni keçdi


Haaland, klub rəhbərliyi dəyişikliyindən sonra son iki mövsümdə 600 milyon dollardan çox pul xərcləyən, lakin gözləntilərdən uzaq çıxış edən «Çelsi» dən daha çox qol vurub. 22 yaşlı ulduz futbolçu bu mövsüm indiyədək vurduğu qollarla «Çelsi» (31), «Nottinqem Forest» (30), «Vulverhempton» (29), «Sauthempton» (28) və «Everton”dan (27) daha çox qol vurub. .

Klubun 84 illik rekordunu qırıb



Bu mövsüm «Mançester Siti» forması ilə bütün yarışlarda 51 qol vuran Erlinq Haaland da klubun tarixinə düşüb. Haaland 1928-1929-cu illər mövsümündə 38 qol vuran Tommi Consonu geridə qoyaraq bir mövsümdə ən çox qol vurma rekordunu qırıb.

Çempionlar liqasında əfsanə



Haaland cari mövsümdə göstərdiyi performansla təkcə Premyer Liqada deyil, UEFA Çempionlar Liqasında da özünəməxsusluğu qeyd edib.

Çempionlar Liqasının son 16 turunun cavab matçında ilk yarıda «het-trik» etdiyi «Leypsiq» görüşündə rəqibin qapısına 5 dəfə yol tapan Haaland turnirdə sürətli və ən gənc yaşında qol sayını 30-a çatdıran futbolçu olub.
22 yaş 236-cı günündə vurduğu qolların sayını 30-a çatdıran norveçli ulduz Kilian Mbappenin 22 il 352 günlük rekordunu geridə qoyub.

«Nəhənglər Liqası"nda 25-ci oyunda 30 qola çataraq əlçatmaz statistikaya imza atan Haaland 34 oyunla bu sahədə rekorda sahib olan keçmiş hollandiyalı futbolçu Ruud Van Nistelroyu yıxıb.

Bir oyunda 5 qol atanlardan



Haaland Çempionlar Liqasında bir oyunda 5 qol vuran üçüncü oyunçu olub. Daha əvvəl turnirdə 2014-cü ilin oktyabrında Donetskin «Şaxtyor”unun forması ilə braziliyalı Luiz Adriano və 2012-ci ilin martında «Barselona» forması ilə Lionel Messi komandaları üçün 5 qol vurmuşdu.

Xeber24.media
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru