14:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib.

Xəbər24.media bildirir ki, təlim Regional Mərkəzin Xilasetmə hissəsinin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə davranışlarının, gecə vaxtı baş verə bilən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bağlı qapı arxasında şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişləri “xilas edib, onlara ilkin yardım göstəriblər”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.