15:43

Lənkəranda şəhid Elmar İbayevin xatirəsi anılıb

Oktyabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidi Elmar Hikmət oğlu İbayevin Şilavar kənd qəbirstanlığında məzarını ziyarət ediblər.

Xəbər24.medianın məlumatına görə, ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.

İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə baş leytenant E.İbayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.