14:54

Lənkəranın Ləj kəndində vətəndaş qəbulu keçirilib - FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Ləj inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Xəbər24.medianın məlumatına görə, görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

İcra başçısı ötən qəbul-görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Bildirilib ki, icra hakmiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb.

Taleh Qaraşov qeyd edib ki, son dövrlərdə ölkəmizdə sosial-iqtisadi vəziyyət günü-gündən sürətlə inkişaf edir, dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə müxtəlif addımlar atılır, insanların rifah halının yaxşılaşdırılması üçün çoxsaylı sosial yönümlü layihələr həyata keçirilir və bütün bunlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsəqyönlü siyasətinin real məntiqi nəticəsidir.

Daha sonra Taleh Qaraşov yerli sakinlər tərəfindən qaldırılan müraciətləri dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ həll edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.