14:50

İlham Əliyevin prezidentliyinin 20 illiyi ilə əlaqədar Lənkəranda iməcilik və flaşmob keçirilb - FOTOLAR

Məlum olduğu kimi oktyabrın 15-də İlham Əliyevin prezidentliyinin 20 ili tamam olur. Xəbər24.medianın məlumatına görə, bununla əlaqədar respublikanın şəhər və rayonlarında müxtəlif səpkili tədbirlər, o cümlədən konfranslar, iməciliklər, idman yarışları, konsert proqramları, və s. həyata keçirilir.

Oktyabrın 13-dəLənkəran şəhərində də YAP Lənkəran rayon təşkilatının təşəbbüsü ilə iməcilik və flaşmob keçirilib.

İməclikdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, aparatın əməkdaşlari, gənc fəallar və media nümayəndələri iştirak ediblər.

YAP Lənkəran rayon təşkilatının məsul işçisi Böyükağa Axunduvun sözlərinə görə, iməcliyin keçirildiyi ərazi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov parkının seçilməsi heç də təsadüfi deyil. Bu məkan gənclərdə vətənpərvərlik hissinin aşılanması, milli dəyərlər əsasında yetişməsi və formalaşmasınmühüm əhəmiyyət kəsb edir.

İməcilik zamanı ərazi zibilliklərdən təmizlənib, yaşıllıqların dibi yumşaldılıb, ağaclara suvaq vurulub.

Daha sonra YAP loqosu vurulmuş, köynək və papaqlar geyinmiş 200 gəncin iştraki ilə üç rəngli Azərbaycan bayrağının flaşmobunu icra olunub.