20:59

Lənkəranda region gənclərinin "Turizm bələdçiliyi" üzrə bacarıqlarının artırılması layihəsinə yekun vurulub - FOTOLAR

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəy iilə Lənkəranda region gənclərinin “Turizm bələdçiliyi” üzrə bacarıqlarının artırılması layihəsini uğurla yekunlaşdırıb.

Layihə çərçivəsində 25 gənc üç gün müddətində Lənkəran rayonunda “Mədəni turizm bələdçiliyi”, “Mədəni turizm marşrutları və tur paketlərinin hazırlanması” istiqamətləri üzrə nəzəri-praktik təlim proqramında iştirak ediblər.

İştirakçılar iki gün ərzindəki təlimlər zamanı nəzəri məlumat alaraq növbəti gün müddətində təcrübə proqramında əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.

Təlimlərin keçirilmə metodologiyası və təlim zamanı yaranan nəzəri-praktiki məlumatlılıq iştirakçıların turizm və mədəniyyət sahəsinə maraqlarının artmasına səbəb olub.

Akif AĞAYEV