21:23

Lənkəranda şəhid Sənan Ağazadənin xatirəsi anılıb

Oktyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidi Sənan Nizami oğlu Ağazadənin məzarını ziyarət ediblər.

Xəbər24.medianın məlumatına görə, S.Ağazadənin şəhadətə qovuşmasının 3-cü ildönümünə təsadüf edən ziyarət zamanı həmçinin qəbiristanlıqdakı digər şəhidlərin də məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.

İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Qeyd edək ki, Sənan Ağazadə ölkə başçısı İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.