11:28

“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 12 Noyabr – Konstitusiya Günü münasibətilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və elm adamları mövzu ətrafında çıxış ediblər.

Bildirilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması məhz Ulu Öndərin adı ilə bağlıdır. Ali Qanunun qəbulu ilə dövlət quruculuğunun əsasları müəyyənləşib. İnsan hüquq və azadlıqlarının üstünlüyü prinsiplərinə əsaslanan Konstitusiya demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətlərini stimullaşdırır.

Bütün çıxışlaeda konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilib.