17:18

Əkbər Abbasov növbəti vətəndaş qəbulu keçirib

Noyabrın 14-də Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulu keçirilib.

Xəbər24.medianın məlumatına görə, ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 28 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.

Qəbulda İcra başçısı Ə.Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.