14:50

Biləsuvarda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr-Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev və ədliyyə işçiləri Ulu Öndər mHeydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini yad edibər.

Xəbər24.medianın məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Ədliyyə İşçilərinin Peşə bayramı münasibətilə Rayon Məhkəməsinin sədri Rəfayil Əliyevi və rayonda fəaliyyət göstərən bütün ədliyyə orqanlarının əməkdaşlarını təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Gününün hər il dövlət səviyyəsində bayram edilməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Ədliyyə Nazirliyində və məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi, o cümlədən Biləsuvar rayon ədliyyə işçiləri və hakimlər göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək üçün daim səylərini səfərbər edirlər.

İcra başçısı bir daha haqqın və ədalətin keşiyində dayanaraq, mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə işçilərinə müvəffəqiyyətlər diləyib.