Masallı Rayon Statistika İdarəsinin və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və statistika” mövzusunda elmi-praktiki tədbir keçirilib.
Xəbər24.medianın məlumatına görə, tədbirdə Masallı Rayon Statistika İdarəsinin, Masallı RİH-nin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, statistik hesabat təqdim edən orqanların məsul əməkdaşları, Masallı Dövlət Regional Kollecinin tələbələri və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin adını daşıyan şəhər parkında dahi şəxsiyyətin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Masallı Gənclər Evinin akt zalında davam edən tədbir öncəsi müasir müstəqil Azərbaycanımızın qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi və bütövlüyü uğrunda canlarının fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə çıxışında Azərbaycanda maliyyə və statistika siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığını gündəmə gətirib, Respublika Prezidenti cənab İlham Əliyevin milli iqtisadiyyatımızın inkişafı ilə əlaqədar imzaladığı çoxsaylı sərəncamlardan bəhs edib: “Ümummilli Liderimizin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni dövrün başlanmasına təkan verdi, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl iki beşillik dövlət proqramlarının həyata keçirildi...”
Masallı RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə iqtisadiyyatın dirçəldildiyini və bu gün dövlətçilik ənənələrinin, siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədov, baş məsləhətçilər Fərahim Kərimli, İlkin Ağayev, məsləhətçilər Elmin Əliyev, Babək Abdullayev, aparıcı məsləhətçi Savalan İsgəndərli, RİHB-nın Qodman inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibi Elxan Babazadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən maliyyə və statistika sahələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, Masallı rayonunun sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər barədə ətraflı məlumat veriblər.
Diskussiya şəklində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda il ərzində statistik hesabatları vaxtında və keyfiyyətli təqdim edən respondentlərə Masallı Rayon Statsitika İdarəsinin rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Akif AĞAYEV