14:40

Masallıda toyuq kəsimi sexində nöqsanlar aşkarlanıb - FOTOLAR

Masallıda toyuq kəsim sexində baytarlıq, sanitar - gigiyenik tələblərin əməl olunmaması aşkarlanıb.

AQTA-nin Lənkəran - Astara bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədovun Xbər24.mediaya verdiyi məlumata görə, 1003 çağrı mərkəzinə daxil olan şikayət əsasında Masallı rayon sakini, fiziki şəxs Mirramil Mirhüseyn oğlu Feyziyevə məxsus toyuq kəsimi sexinə baxış keçirilb. Baxış zamanı sexdə qida təhlükəsizliyi baxımından texniki normativ-hüquq aktlarının tələblərinə əməl olunmadığı aşkarlanıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Bundan əlavə kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq laboratoriyasına göndərilib.

Daxil olan şikayətlə bağlı araşdırma davam etdirilir.