Yanvarın 20-də səhər saatlarında Ümümxalq Hüzn Günü ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə və şəhid məzarlarına tər güllər düzüblər. Xəbər24.medianın məlumatına görə, icra başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb, söhbət edib və onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon ərazisində mədəniyyət, təhsil, səhiyyə və digər qurumlarda silsilə tədbirlər, kitab və rəsm sərgiləri keçirilib, 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları səhnələşdirilərək tamaşalar nümayiş olunub, şəhidlərimiz bir daha ehtiramla yad edilib. Gün ərzində ictimaiyyət tərəfindən Şəhidlər Abidə Kompleksi ziyarət olunub.
Saat 12:00-da isə rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.