19:57

“Söz” jurnalının yeni sayı çapdan çıxıb

Yazıçı-juralist Sevda Əlibəylinin baş redaktoru olduğu “Söz” jurnalının 2024-ci il üçün ilk sayı çapdan çıxıb. Xəbər24.medianın məlumatına görə, nəfis tərtibatlı jurnal S.Əlibəylinin tanınmış kardiocərrah, tibb elmləri doktoru, Əməkdar həkim, millət vəkili Rəşad Mahmudovun 50 illik yubileyinə həsr olunmuş məqaləsi ilə başlanır.

Sonrakı səhifələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin, dünya şöhrətli uroloq-alim, akademik, Əməkdar elm xadim Sudeyf İmamverdiyevin, Xalq yazıçısı Elmira Axundovanın, Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun, Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin, SOCAR prezidentinin müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Xaliq Məmmədovun, hüquq elmləri doktoru, professor İbrahim Quliyevin, Buzovna məscidinin axundu Hacı Soltan Əlizadənin, inşaatçı-mühəndis Mehrab Dadaşovun Rəşad Mahmudova ünvanladğı təbrik yazıları, şairə Sakitə Ülvinin yubilyara həsr etdiyi "Ay Rəşad həkim" şeiri yer alıb.

Yazıçı-jurnalist Gülnar Əsədli isə R.Mahmudovun valideynlərinin sevgi dolu ömür yoluna güzgü tutub.
Jurnalın bu sayında polkovnik, şair-publisist Ramiz Duyğunun yaxın dostu, Türk Ağsaqqalları Birliyinin sədri, akademik, Əməkdar elm xadimi Sudeyf İmamverdiyevin 85 illik yubileyinə həsr etdiyi "Ötən ömrün yanğısı" poeması dərc olunub.

Nuranə Qubadova "Atam haqqında xatirəlrim" yazısında atası, Lənkəranda ilk travmatologiya şöbəsinin yaradıcısı və müdiri olmuş tanınmış həkim, mərhum İlham Qubadovun 90 illiyi barədə söz açıb.

Əməkdar müəllim Füzuli Qasımovun jurnalda yer alan "Hər zaman sevimli tələbəm" adlı yazısı isə 50 ildən artıq pedaqoji cəbhədə çalışmış respublikanın Əməkdar müəllimi Mehriban Rəcəblinin 75 illik yubileyinə həsr olunub.

Oxucular jurnalın səhifələrində həmçinin "Söz"ün 30 illik yubileyi münasibətilə keçirilən tədbirlər barədə yazılarla da tanış ola bilərlər.