16:58

YAP Lənkəran rayon təşkilatının təşviqat qrupunun üzvləri seçicilərlə görüşüblər

Yanvarın 31-də YAP Lənkəran təşkilatının təşviqat qrupunun üzvləri rayonun Gərmətük qəsəbəsində seçicilərlə görüş keçiriblər. Xəbər24.medianın məlumatına görə, tədbirdə qonşu Aşağı Nüvədi qəsəbə, Yuxarı Nüvədi , Viyən və Kosalar kəndlərinin sakinləri ilə də iştirak ediblər.

Təşviqat qrupunun üzvlərindən Ramin Hüccətov, Əlimərdan Əliyev, Emin Bağırov və İbrahim Quliyev seçicilər qarşısında çıxışlar ediblər.

Sonda YAP Lənkəran təşkilatının sədr müavini Əlövsət Qurbanov ətraflı danışaraq, hamını 7 fevral növbədənkənar prezident seçkilərində fəal iştirak edib, xalqımızın rifahı naminə İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.