Lənkəran sakinlərindən "Kalaşnikov" avtomatı və 10 ədəd ov silahı təhvil götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən rayon sakinlərindən 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid 1 ədəd patron darağı, 17 ədəd patron və 10 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.