11:41

Lənkərandakı meyvə mağazalarından birində kişi meyiti tapılıb

Lənkəranda kişi meyiti aşkar olunub. Xəbər24.medianın məlumatına görə, meyit iyulun 13-də səhər saatlarında şəhərin ikinci mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsindəki mağazaların birində tapılıb.

İlkin məlumata görə meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasında işləyirmiş.

Hazırda rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.