14:51

“Mançester Siti”dən sonra ən yüksək investisiya

“City Football Group” Braziliyanın “Bahia” komandasını 158 milyon funt-sterlinqə alıb.

“Xəbər24.media” nın xarici mediaya istinadən xəbər verir ki, bu, “Mançester Siti”dən sonra şirkətin ən yüksək investisiyası olub. Şirkət klubun səhmlərinin 90 faizinə sahibdir.

Hissələrinin əksəriyyəti Birləşmiş Ərəb Əmirlikləri şirkətinə məxsus olan “City Football Group”un çinli ortağı da var.
Şirkətə daxil olan komandalar aşağıdakılardır:

“Mançester Siti” - İngiltərə
“Girona” - İspaniya
“Palermo” - İtaliya
“EC Bahia” - Braziliya
“Lommel SK” - Belçika
“Mumbay City”- Hindistan
“ESTAC Troyes” - Fransa
“Nyu York City” - ABŞ
“Sichuan Jiuniu” - Çin
“Melbourne City” - Avstraliya
“Yokohama F. Marinos” - Yaponiya
“Montevideo City Torque”- Uruqvay
“Club Bolivar” (Tərəfdaşlıq) - Boliviya

Xəbər24.media
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru