17:13

Cəlilabadda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri sona çatıb

Cəlilabadda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri başa çatıb.
Xəbər24.medianın məlumatına görə, final görüşünü rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat işçiləri və digər qonaqlar da izləyiblər.

İcra başçısı çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olduğunu, bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi üçün xüsusi tədbirlər həyata keçirildiyini, bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın bayrağının beynəlxalq kürsülərdə dalğalandığını və idmançılarımızın saysız-hesabsız uğurlara imza atdığını dilə gətirib`.

Qeyd edək ki, sentyabr11-dən start götürən futbol turnirinin qrup və play off mərhələləri keçirilib. 3 qrup olmaqla 15 komanda final üçün mübarizə aparıb. Oktyabr 9-da isə komandalar arasında final qarşılaşması olub.

Sonda rayon rəhbəriliyi tərəfindən 1-ci yerin qaliblərinə kubok və diplomlar, 2-ci yerin qaliblərinə isə diplomlar təqdim olunub, xatirə şəkilləri çəkilib.