19:39

Ronaldonu İran qanunlarını pozduğuna görə 99 şallaq zərbəsi gözləyir

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo əlil iranlı qadın sənətçini qucaqladığına, bununla İran qanunlarını pozduğuna görə ona 99 şallaq zərbəsi vurula bilər. Xəbər24.media bildirir ki, bu barədə İranın Rouydad24 portalı məlumat yayıb.

Mənbənin qənaətinə görə, belə ağır cəzaya səbəb portuqaliyalının davranışı olub - Ronaldo sentyabrın 19-da Asiya Çempionlar Liqasının “Persepolis”lə səfər oyunundan sonra iranlı qadın sənətçini qucaqlayıb öpüb və bununla da ölkənin sərt qanunlarını pozub.

İranın cinayət məcəlləsinə görə, Ronaldonun bu hərəkəti subay şəxs tərəfindən xəyanət kimi şərh edilə bilər. Ronaldo yenidən İrana səfər edərsə, 99 qamçı ilə üzləşə bilər.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Kristiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Bu mövsümdə portuqaliyalı futbolçu bütün turnirlərdə oynadığı 11 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Səudiyyə Ərəbistanı çempionatının doqquz turundan sonra “Əl-Nəsr” 19 xalla üçüncü pillədə qərarlaşıb.