21:30

Lerikdə "Heydər Əliyev İli"nə həsr olunmuş futzal yarışı keçirilib

Dekabrın 18-19-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında futzal yarışı keçirilib.

Xəbər24.medianın məlumatına görə, V. İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın idman zalında keçirilən yarışda Lerik rayon ümumtəhsil məktəblərinin 6 komandası iştirak edib.

Yarışda I yeri Lerik şəhər 3 saylı tam orta məktəbinin komandası, II yeri Günəşli kənd tam orta məktəbinin komandası, III yeri isə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin komandası tutub.

Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olunub.