16:12

Masallıda kənddaxili yolların təmiri davam etdirilir - FOTOLAR

Xəbər24.medianın məlumatına görə, rayonun Şərəfə kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhidlərin adını daşıyan küçələrə daşlı qum tökülərək hamarlanmış, Qodman ərazisinin Məmmədrzakücə kəndinin bir qrup sakinləri tərəfindən 9 maşın şeben məhəllədaxili küçələrə tökülərək hamarlanmış, Xırmandalı kəndində Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kənd daxilində olan qabar yollar qreder vasitəsilə hamarlanmış, Xırmandalı ərazi nümayəndəliyi tərəfindən isə ərazidə olan körpünün giriş və çıxış hissələrinə ümumi uzunluğu 70 metr olan məsafəyə asfalt frezi tökülmüş və hamarlanmış, Viləş kəndi ərazisində 400 metr yola çınqıl tökülərək hamarlanmış, Kürdəbazlı kəndində 500 metr uzunluğunda kənd yolu çınqıl daşla təmir olunmuş, Qızılağac kəndində küçələrə doğranmış asfalt və şebenlə döşənmə işləri davam etdirilir.
Bədəlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə ümumi uzunluğu 1 km olan Bədəlan-Xanalian yolu qreyderlə hamarlanmış, II Yeddioymaq ərazisinin Qasımlı kəndinin ara yollarının 2800 metrlik hissəsi bələdiyyə və kənd sakinlərinin vəsaiti hesabına təmir edilmiş, Miyankü kəndindən olub Rusiyada yaşayan xeyriyyəçi vətəndaşlar tərəfindən 200 metr uzunluğunda kənddaxili yola qrabil və şeben döşənmiş, Yeyənkənd ərazisinin Xəlfələr kəndində kənd arası yola 1 yük maşını şeben tökülərək hamarlanmışdır.
Rayon ərazisində yolların təmiri işləri davam etdirilir.











Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru