13:19

Yardımlıda indiyədək 1343 hektarda yazlıq bitkilər əkilib

Yardımlıda 2023-cü ilin məhsulu üçün yazlıq bitkilərinin əkin kampaniyası davam edir.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin Xəbər24.media sayıtına verdiyi məlumata görə, may ayının əvvəlinə rayon üzrə 1343 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 hektar çoxdur.

Yazlıq əkin sahəsinin 404 hektarı dənli və dənli paxlalı bitkilər, 784 hektarı kartof, 155 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Yazlıq əkinlərin əsasını kartof sahəsi təşkil edir.

Rayonun Allar, Yolocaq, Şiləvəngə və Horavar inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər.
Hazırda rayonda əkin işləri davam edir.

Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru