20:20

Düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb

BMT avqustda dünya ərzaq qiymətlərinin bahalaşması ilə bağlı statistik rəqəmləri açıqlayıb. Xəbər24.media xaric KİV-ə istinadən bildirir ki, avqust ayında düyünün qiymət indeksi iyuldan fərqli olaraq 9,8% artıb və ən nəhəng təchizatçı olan Hindistan tərəfindən ağ düyünün ixracına qoyulan qadağadan sonra ticarətin pozulması fonunda son 15 ilin ən yüksək səviyyəsinə çatıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) avqust ayında beynəlxalq ərzaq qiymətlərinin iyul ayına nisbətən 2,1% və 2022-ci ilin martında əldə edilən zirvədən 24% aşağı düşərək 121,4 bəndədək azaldığını bildirir.

Bitki yağı qiymətləri indeksi avqustda 3,1% azalıb. Ay ərzində günəbaxan yağının dünya qiymətləri təxminən 8% ucuzlaşıb.

İyul ayı ilə müqayisədə taxılın qiymət indeksi 0,7% azalıb. Süd məhsullarının qiyməti 4%, ətin qiyməti isə 3% ucuzlaşıb. Eyni zamanda şəkərin qiymət indeksi ay ərzində 1,3% artıb.