20:48

Neftçala rayonunda ümumi məhsulun həcmi

2024-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmi 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,8 faiz azalaraq 168817,4 min manat olmuşdur.

İstehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 71,7 faiz, xidmət sahələrinin payı isə 28,3 faiz səviyyəsində qalmışdır. Əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə istehsal sahəsində 2,7 faiz azalma olduğu halda, xidmət sahəsində 0,4 artım qeydə alınmışdır.

Cari ilin əvvəlindən əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 1935,0 manata bərabər olmuş və əvvəlki ilin eyni dövrünə nisbətən 6,2 faiz azalmışdır.

Bu dövrdə sənayedə 40484,8 min manatlıq, yaxud ümumi məhsulun 24,0 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 73522,0 manatlıq (43,5 faiz), tikintidə 7088,6 min manatlıq (4,2 faiz), nəqliyyat və anbar təsərrüfatında 1805,0 min manatlıq (1,1 faiz), informasiya və rabitədə 601,6 min manatlıq (0,4 faiz) və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 45315,4 min manatlıq (26,8 faiz) məhsul istehsalı olmuşdur.

Şahin MƏNƏFOV,
Neftçala Rayon Statistika İdarəsinin rəisi