Neftçala rayonunun təsərrüfatlarında 01 oktyabr 2024-cü il tarixinə ət istehsalı 4982,7 ton olmuşdur. Neftçala rayon Statistika idarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, 9 ayda quş əti 419,5 ton, süd istehsalı 23718,8 ton, yumurta istehsalı 12197 min ədəd, yun istehsalı 300,5 ton olmuşdur.
01 oktyabr 2024-cü il tarixinə rayonda iri buynuzlu mal qaranın baş sayı 44891 baş, keçən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az, inək və camışların baş sayı 25693 baş, keçən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çox, qoyun və keçilərin baş sayı 150913 baş, keçən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz az olmuşdur.