09:15

Cəlilabadda 2 nəfər narkotikə görə tutuldu

Mayın 17-də saat 05 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə edib, saxlanılmasında və daşınmasında şübhəli bilinən 1981-ci il təvəllüdlü Ələkbərov Bayram Cümşüd oğlu və 1981-ci il təvəllüdlü Məmmədov Ramin Ərşad oğlu ilə sonuncunun idarə etdiyi “VAZ-21099” markalı avtomobil saxlanılıb.

Xəbər24.media-nın məlumatına görə, RPŞ-də Ramin Məmmədovun üzərində şəxsi axtarış aparılarkən üstündən marixuanaya bənzər kütlə, narkotik vasitə olan heroinə bənzər kütlə və metadon həbləri aşkar edilərək götürülüb,.


Bayram Ələkbərov və Ramin Məmmədov tərəfindən CM-in 234.1 ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan onlar şübhəli şəxs qismində tutulub.

Cəlilabad RPŞ-də CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq davam etdirilir.

Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru