11:40

Kompüter sistemini yoxlamaq üçün istifadə edilən ən yaxşı proqramlar

Gündəlik həyatımızın böyük bir hissəsində bizimlə olan kompüterlərin vəzifəsi hər şeyin rəqəmsallığa keçdiyi bu dövrdə daha da artıb.
Xəbər24.media-nın Trendə istinadən xəbər verir ki, bu cihazların sistemi potensial nasazlıqlara qarşı müntəzəm olaraq yoxlanılmalıdır.
Kompüteri yoxlamaq üçün istifadə edilə bilən 5 proqram:
Performans Monitoru

Əgər kompüterinizin sağlamlığını yoxlamaq istəyirsinizsə, lakin üçüncü tərəf proqramlarına etibar edə bilmirsinizsə, Performans Monitoru kimi tanınan "Windows" proqramından istifadə edə bilərsiniz. Kompüterdə CPU və yaddaş istifadəsi kimi müxtəlif fəaliyyətləri izləyən və istifadəçiyə ötürən bu proqram sistem sağlamlığına nəzarət üçün ən çox istifadə edilən vasitələrdən biridir.

CPU-Z



CPU-Z; Başda RAM, anakart və prosessor olmaqla, sistemdəki komponentlərin xüsusiyyətlərini və ən son vəziyyətini istifadəçilərə ətraflı şəkildə təqdim edə bilir. Bu, sisteminiz haqqında bilmək istədiyiniz hər şeyi göstərən ən populyar sistem monitorinq proqramlarından biridir.
HWiNFO

Kompüterin sağlamlığını yoxlamaq üçün vasitələrdən biri də HWiNFO-dur. Bu proqram RAM ölçüsü, qrafik kartı modeli və prosessor sürəti kimi cihazdakı komponentləri təhlil edərək istifadəçiyə ətraflı hesabat təqdim edir.

Etibarlılıq Monitoru

"Windows Vista"dan bəri bütün versiyalarda quraşdırılmış Etibarlılıq Monitoru kompüter tarixçəsini, müəyyən zaman dövrlərində baş verən hadisələri və xətaları qrafiklə birlikdə göstərir. Digər tərəfdən, səhvlər baş verdikdə sistemin nə qədər sabit olduğunu 1-dən 10-a qədər miqyasda qiymətləndirir.

Windows Təhlükəsizliyi

Heç bir üçüncü tərəf proqramına ehtiyac olmadan "Windows Təhlükəsizliyi" vasitəsilə sisteminizin sağlamlığı haqqında məlumat əldə edə bilərsiniz. Cihazınızı təhlükəsiz saxlamağa kömək etmək üçün "Windows Təhlükəsizliyi" cihazınızda təhlükəsizlik problemlərinə nəzarət edir və cihazın performansı və sağlamlıq səhifəsində göstərilən sağlamlıq hesabatı yaradır. Bu kontekstdə o, sisteminizi dörd kateqoriyada qiymətləndirir: yaddaş tutumu, batareyanın ömrü, "Windows vaxtı" xidməti və tətbiqlər və proqram təminatı.

Xəbər24.media