12:48

Lənkəran Dövlət Dram Teatrında yeni layihə start götürür

Lənkəran Dövlət Dram Teatrı "Heydər Əliyev İli" və Azərbaycan Peşəkar Milli Teatrının 150 illik yubileyi münasibətilə "UÇAN SƏHNƏ" adlı layihəyə start verir. Teatrdan Xəbər24.media - ya verilən məlumata görə, layihə çərçivəsində teatrın truppası rayonun ucqar yaşayış məntəqələrini gəzəcək, məkyəbyaşlı sakinlərlə görüşərək onların qarşısında tamaşa və eyni zamanda əyləncəli proqramlarla çıxış edəcəkdir.

Azərbaycanda uşaq siyasətinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub.Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan körpələri millət atası Heydər Əliyev ilə hər bir görüşdən sonsuz coşqu, böyük ilham alırdılar. Bu səmimi və kövrək görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyub.

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektiv də məhz bu kontekstdən çıxış etməklə ayda bir neçə dəfə rayonun ucqar kəndlərinə baş çəkməyi qarşıya məqsəd qoyub. Görüşlər zamanı aktyorlar teatr tamaşaları oynamaqla yanaşı, uşaqlarla teatr haqqında söhbətlər aparacaq, onları hədiyyələrlə sevindirəcəklər.

Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru