11:20

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Masallıda “Nurlu ömrün anları” tamaşası ilə çıxış edib

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyulun 18-də Masallı rayonunda qastrol səfərində olub.

Xəbər24.medianın məlumatına görə, yaradıcı kollektiv Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış “Nurlu ömrün anları” tamaşası ilə çıxış edib.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu mənzum dram İrəvan teatrında 2013-cü ildə səhnəyə qoyulub. Ulu Öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən əsərə müəllif özü quruluş verib.