17:09

Məşhur xanəndə kənd sənətkarlıq evinin qonağı olub

Görkəmli xanəndə, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, dosent, BMA-nın böyük elmi işçisi, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solisti Zümrüd Məmmədova Lənkəran rayonunda olarkən avqustun 15-də Şağlaser kənd sənətkarlıq evinin qonağı olub. Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı görkəmli sənətkar mədəniyyət ocağında yaradılmış şəraitlə tanış olub, çay süfrəsi arxasında isti və və səmimi söhbətlər aparıb, Lənkəran diyarının gözəlliklərindən zövq aldığını dilə gətirərək, yaradıcılıq planları barədə söz açıb.

Sənətkarlıq evinin əməkdaşları Lətif Nəhmətov, Əli Əliyev, Rəhim Hüseynov, Gülbəniz Nəhmətova və digərləri dəyərli sənətkar Zümrüd Məmmədovanın onların təklifini qəbul edərək sənətkarlıq evinə baş çəkdiyi, səmimi və mehriban söhbətə görə Xalq artistinə minnətdarlıqlarını çardırıblar.