14:28

Lənkəran teatrında yubiley mərasimi

Bu gün Lənkəran Dövlət Dram Teatrının böyük kassiri Firəngiz Dali qızı Mirzəyevanın 60 yaşı tamam olur.

Xəbər24.medianın məlumatına görə, bu münasibətlə bir araya gələn kollektivin üzvləri Firəngiz xanımı təbrik edib, ona xoş arzularını çatdırıblar.

Teatrın baş mühasibi Ramiz Quliyev, quruluşçu rejissor Emil Əskərov, quruluş hissə müdiri Emin Fərzullayev, aktyor Sayad Əliyev və digərləri 60 illik yubiley münasibətilə Firəngiz Mirzəyevaya təbriklərini çatdıraraq, haqqında ürək sözlərini söyləyiblər.

Natiqlər yubilyarın çoxillik və səmərəli fəaliyyətini xüsusi qeyd ediblər: “Firəngiz xanım teatrımızın ən stajlı əməkdaşlarından biridir. 35 ildən bəri bizimlə birgə çalışan Firəngiz xanım bu illər ərzində həmişə işinə məsuliyyətlə yanaşıb, səmimiliyi və mehribanlığı ilə kollektivimizin hörmətini qazanıb, gənclərə nümunə olub. Allah-Təaladan ona cansağlığı, uzun ömür, bundan sonrakı fəaliyyətində uğurlar diləyirik".

Sonda ybiley tortu kəsilib.