15:27

Sentyabrın 17-də Lənkəran teatrında yeni mövsümün ilk premyerası nümayiş etdiriləcək

Sentyabrın 17-də Lənkəran Dövlət Dram Teatrı rejissor Abdulla Elşadlının Mixail Bulqakovla Səbuhi İmanovun mətnlərindən istifadə etməklə Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" pyesi əsasında quruluş verdiyi "The Müqəssir" tamaşası ilə özünün 133-cü mövsümünə başlayacaq. Teatrdan Xəbər24.mediaya verilən məlumata görə, mistik komediya janrında olan səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Azər Hacıəsgərlidir.

Bildirilib ki, kollektiv bu mövsümdə Çingiz Aytmatovun "Cəmilə” (rejissor: İmran Əli Qurbanlı), Piter Turininin "Bu da axırı” (monotamaşa;rejissor: Abdulla Elşadlı) tamaşalarını tamamlamaqla yanaşı, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İki 23 arasında" (müəllif: Qəşəm Nəcəfzadə, rejissor:Emil Əskərov) səhnə işini də teatrsevərlərin ixtiyarına verəcək.