Sentyabrın 9-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində gənc müğənni Allahverən Pərvizoğlunun atasına həsr etdiyi "Ata həsrəti" mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.
Xəbər24.medianın məlumatına görə, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, rayon ziyalılarının iştirakı ilə keçən tədbiri giriş sözü ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev açaraq gənc muğənni Allahveren Pərvizoğlu haqqında məlumat verib.
"Ata həsrəti" mahnısına çəkilmiş klipi təqdim olunandan sonra Lənkəran Şəhər İcra hakimiyyətinin (ŞİH) İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Qasımzadə çıxış edərək ŞİH-nin başçısı Taleh Qaraşovun salamlarını çatdıraraq yaradıcı gəncə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, şəhid baş leytenant Mais Abbasovun anası Zahirə Abbasova, Lənkəran rayon Ağsaqqallar şurasının üzvü Fəxrəddin Canıyev, filoloq-alim Tükazban Cahangirova, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbinin direktor müavini Rəsidə Məmmədova, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Xalq Çağlı Alətləri Şöbəsinin müdiri, tanınmış kamança ifaçısı Ilqar Əliyev çıxış edərək 3 dəfə Respublika mahnı müsabiqəsinin qalibi olmuş gənc muğənni Allahverən Pərvizoğlunun rayonunun ictimai-siyasi həyatında fəal iştirakından, qazandığı nailiyyətlərdən danışaraq, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda Allahveren Pərvizoğlu çıxış edərək "Ata həsrəti" mahnısının müəllifi gənc şair-publisist Sevindik Nəsiboğlunun təbrik məktubunu qonaqlara çatdırıb,
yaradılan şərait üçün Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncova, Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevə və bütün iştirakçılara təşəkkür edib.