08:43

Nikolay Dobronravov vəfat edib

Bəstəkar Aleksandra Paxmutovanın həyat yoldaşı, şair Nikolay Dobronravov 95 yaşında vəfat edib. Bu barədə müğənni Nikolay Baskov özünün Telegram kanalındakı hesabında məlumat verib.

“Mən indicə bildim ki, Nikolay Nikolayeviç Dobronravov dünyasını dəyişib,” - deyə sənətçi yazıb.

Qeyd edək ki, Nikolay Dobronravov 22 noyabr 1928-ci ildə anadan olub. 1950-ci ildə Moskva İncəsənət Teatrı nəzdində Nemiroviç-Dançenko adına məktəb-studiyanı bitirib, 1970-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.