17:01

Yazıçı Akunin terrorçu və ekstremistlər siyahısına daxil edilib

Rosfinmonitorinq yazıçı Boris Akunini (əsl adı Qriqori Çxartişvili) terrorçu və ekstremistlər siyahısına daxil edib.
Bu barədə idarənin saytında bildirilir.

Boris Akunin daha əvvəl Kiyevə və rus qoşunlarında fərarilərə hər cür dəstək verməyə hazır olduğunu bildirib. Yazıçı Ukrayna ordusunun Krım körpüsünə və Rusiya şəhərlərinə hücum etməsinin zəruriliyi ilə də razılaşıb. Onun fikrincə, “bəzi sadə şeylər axmaq insanlara ən aydın və birbaşa şəkildə çatır”.

Daha sonra “Çitai-qorod - Bukvoed” kitab mağazaları şəbəkəsi açıqlamalarından sonra Boris Akunin və Dmitri Bıkovun kitablarının satışını dayandırıb. Həmçinin AST nəşriyyatı bu yazıçıların kitablarının yayımını dayandırmaq qərarına gəlib.